Hindistanın nüvə donanmasının gücü artır

13-08-2024, 12:28           
Hindistanın nüvə donanmasının gücü artır
Hindistanın Hərbi Dəniz Qüvvələri ikinci nüvə raketli sualtı qayığını (NRSQ) istismara qəbul etməyə hazırlaşır.

"The Times of India" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Hindistanın "Arighat" adlı ikinci NRSQ uzun sürən sınaqlardan sonra tam olaraq Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilməyə hazırdır.

Hazırda Baş nazir Narendra Modinin sədrliyi ilə Təhlükəsizlik Komitəsi Hindistanda nüvə sualtı donanmasının yaradılması üzrə həyata keçirilən "Project-77" çərçivəsində ölkədə iki nüvə torpedalı sualtı qayığın inşası ilə bağlı Müdafiə Nazirliyinin təkliflərini nəzərdən keçirir. Sualtı gəmilərin inşasına ən azı 10 il vaxt lazım olacaq və onların tikintisində Hindistan sənayesinin payı 95% təşkil edəcək.

Hökumətin planlarına əsasən, Hindistan Hərbi Dəniz Qüvvələri dörd NRSQ, altı nüvə torpedolu və ən azı 18 dizel-elektrik sualtı qayığa malik olmalıdır. Hazırda respublika donanmasının tərkibində 16 dizel sualtı gəmisi var, o cümlədən altısı "Kilo" sinfinə aid sovet istehsalı, dördü Almaniyadan alınmış "HDW" tipli və altısı Fransa texnologiyaları əsasında Hindistan tərəfindən inşa edilmiş ən yeni "Scorpene" sinfinə aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru