Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb

14-08-2024, 10:04           
Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb
Latviya Ukraynaya 500-ə yaxın pilotsuz uçuş aparatı verəcək. Onlar artıq göndərilməyə hazır vəziyyətdədir.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds sosial şəbəkələrdə məlumat verib.

“Növbəti PUA paketi hazırdır! 500-ə yaxın Latviya istehsalı olan dron müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacaq”, - o yazıb.

Ukrayna bu cür yardımı dron koalisiyası çərçivəsində alacaq. Bu təşəbbüsə Böyük Britaniya və Latviya rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru