“Bu halda İran İsrailə hücumdan imtina edəcək”

14-08-2024, 09:50           
“Bu halda İran İsrailə hücumdan imtina edəcək”
ABŞ Prezidenti Co Bayden hesab edir ki, Qəzzada atəşkəslə bağlı razılaşma İranı HƏMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücumlardan çəkinməyə vadar edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Bayden “Bu mənim gözləntimdir”, - deyə jurnalistlərin İsrail və HƏMAS arasında atəşkəsin İranın hücumunun qarşısını ala biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru