“Məni ya öldürəcəklər, ya da 3 aya devirəcəklər” - “Əmr verilib..."

14-09-2024, 16:08           
“Məni ya öldürəcəklər, ya da 3 aya devirəcəklər” - “Əmr verilib..."
Kolumbiya Prezidenti Qustavo Petro ölkədə onu öldürmək və ya üç ay ərzində vəzifəsindən uzaqlaşdırmaq planının hazırlandığını deyib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kolumbiya Prezidenti ona qarşı sui-qəsd hazırlandığı fikrindədir: “Əmr verilib - yaxın üç ayda prezident ya öləcək, ya da devriləcək. İki şeydən biri. İnsanlar “hə” desələr də, Petronu Narinyo Sarayında (Kolumbiya Prezident Sarayı) daha istəmirlər. Onlar xalqın iradəsinə gülürlər”.

Bundan əvvəl ölkənin Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) impiçment komissiyası qanun pozuntuları və Petronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı təhqiqatın bərpa olunduğunu elan edib. İstintaq ötən ilin avqustunda başlayıb. Komissiya prezidentə qarşı ittiham irəli sürmək üçün əsaslar tapsa, impiçment prosesinə start veriləcək.

Kolumbiya Prezidentinin sözlərinə görə, komissiya onun vəzifəsindən uzaqlaşdırılmasına çalışacaq ki, parlamentin yuxarı palatasının sədri Efrain Cepeda dövlət başçısının yerini tutsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru