İraqda yeni qanun layihəsi - Qızları 9 yaşında ərə verəcəklər

11-11-2024, 00:04           
İraqda yeni qanun layihəsi -
İraqda yeni qanun layihəsinə əsasən, qızlar üçün razılıq yaşı 9-a endiriləcək və bu, uşaq yaşda evliliklərə qanuni zəmin yaradacaq.

Musavat.com "The Telegraph"a istinadən xəbər verir ki, qanun layihəsi, həmçinin qadınların boşanma, uşaqlara qəyyumluq və miras hüquqlarını məhdudlaşdıracaq. Layihə artıq ikinci oxunuşdan keçib.

İraqın mühafizəkar partiyası bu dəyişikliklərin İslam qanunlarına uyğun olduğunu və qızları əxlaqsız münasibətlərdən qorumağa yönəldiyini iddia edir. Bu təklif ölkə daxilində və xaricində geniş müzakirələrə və tənqidlərə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru