Tramp miqrantların deportasiyasına nəzarət üçün “sərhəd çarı” təyin edib
13-11-2024, 16:44
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp potensial olaraq milyonlarla sənədsiz miqrantı öz ölkələrinə deportasiya etmək üçün seçkiqabağı vədini yerinə yetirmək üçün “sərhəd çarı” vəzifəsinə bir vaxtlar immiqrasiya üzrə rəhbəri vəzifəsini icra edən Tomas Homanı seçib.
Tramp bazar günü “Truth” sosial media platformasında 62 yaşlı Homanın cənubdan Meksikaya və şimaldan Kanadaya qədər “dövlətimizin sərhədlərinə cavabdeh” olacağını açıqlayıb. O əlavə edib ki, Homanın “fantastik və çoxdan gözlənilən işi görəcəyinə şübhəsi yoxdur”.
"Mən Tom ilə çoxdan tanışam və sərhədlərimizin idarəsi və nəzarəti üçün ondan yaxşı heç kim yoxdur", Tramp yazıb.
ABŞ mətbuatı xəbər verir ki, Tramp həmçinin başqa bir immiqrasiya siyasətçisi Stiven Milleri Baş Qərargah rəisinin siyasət üzrə müavini təyin etməyə hazırlaşır.
"Bu, prezidentin daha bir fantastik seçimidir" deyən vitse-prezident JD Vans 39 yaşlı Millerin Trampın yeni yaradılan administrasiyasına qoşulması perspektivi haqqında deyib.
Reuters-in bazar ertəsi verdiyi məlumata görə, Trampın ABŞ senatoru Marko Rubionu dövlət katibi vəzifəsinə seçəcəyi gözlənilir. Tramp və Rubionun nümayəndələri Reuters-in şərh sorğusuna hələ cavab verməyiblər.
Associated Press məsələ ilə tanış olan şəxsə istinadən xəbər verir ki, Tramp ABŞ nümayəndəsi Maykl Valsdan milli təhlükəsizlik üzrə müşaviri olmasını istəyib.
Milli Qvardiyanın təqaüdə çıxmış zabiti Vals Nümayəndələr Palatasının Silahlı Qüvvələrə dair hazırlıq üzrə alt komitəsinin sədri, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Kəşfiyyat üzrə Daimi Seçnı Komitəsinin üzvü kimi fəaliyyət göstərib.
Tramp Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik etmək üçün keçmiş Nyu-York konqresmenini, 44 yaşlı Li Zeldini seçib.
Homanın “sərhəd çarı”, eləcə də Millerin də Ağ Evin köməkçisi təyin edilməsi Senatın təsdiqini tələb etmir.