“Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

19-11-2024, 08:34           
“Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
“Qazprom” investisiyaların həcminə görə ən böyük Rusiya şirkətlərinin “Forbes” reytinqində birinci yeri tutub.

Yeniavaz.com xəbər verir ki, şirkətin 2023-cü ildə investisiyası 2,5 trilyon rubl təşkil edib.
Siyahıda ikinci yeri “Rosneft” neft şirkəti (1,3 trilyon rubl) tutub. İlk üçlüyü Rusiya Dəmir Yolları tamamlayıb. Şirkət investisiya xərclərini 1,26 trilyon rubla qədər artırıb ki, bu da 2003-cü ildə holdinqin yaradılmasından bəri ən yüksək nəticədir.
Ən böyük investor şirkətlər onluğuna həmçinin, “Atomenerqoprom” (753,5 milyard rubl), “Rosseti” (468,9 milyard rubl), “Transneft” (271,8 milyard rubl), “Surqutnefteqaz” (265 milyard rubl), “Norilsk Nikel” (264,2 milyard rubl), “Tatneft” (263,3 milyard rubl) və “Moskva Metropoliteni” (239,1 milyard rubl) daxildir.
Nəşrin məlumatına görə, reytinqdə iştirak edən 70 şirkətin ümumi investisiyaları 2023-cü ildə 25% artaraq 12,06 trilyon rubla çatıb.
Reytinqdə yer alan şirkətlər 2023-cü il üçün investisiyaların həcminə görə sıralanıb ki, onların məbləğində əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması, nəzarət olunmayan payların geri alınması, birgə müəssisələrə və assosiasiyalı şirkətlərə investisiyalar, habelə yeni bizneslər nəzərə alınıb.
Məlumat mənbəyi kimi, nəşr şirkətlər tərəfindən dərc olunan maliyyə və ya mühasibat hesabatlarını, həmçinin Federal Vergi Xidməti və Rosstat məlumatlarını əsas götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru