Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
Bu gün, 17:38
Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Championat.com xəbər verir ki, sənəd bir ildən sonra - 2025-ci ilin sonunda qüvvəyə minəcək.
Qanun 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə və istifadəsinə tam qadağa qoyulmasını nəzərdə tutur. Bu o deməkdir ki, onlar hətta valideyn icazəsi olsa belə, "TikTok", "Reddit", "X" və digər platformalardan istifadə edə bilməyəcəklər.
Eyni zamanda, məhdudiyyətlər artıq sosial şəbəkələrdə qeydiyyatdan keçmiş uşaqlara təsir etməyəcək.
Qanuna əməl olunmasına sosial şəbəkələr özləri nəzarət etməli olacaqlar. Qanun pozuntusuna görə şirkətləri 49.5 milyon Avstraliya dolları (təxminən 32 milyon ABŞ dolları) məbləğində cərimə gözləyir.
Sorğulara görə, ölkə sakinlərinin əksəriyyəti (77%) hökumətin qərarını dəstəkləyib.