Rusiyaya gedən əcnəbilərlə sərt qanun hazırlanır

Bu gün, 16:18           
Rusiyaya gedən əcnəbilərlə sərt qanun hazırlanır
Əcnəbilər Rusiya ərazisində bank hesabı açmaq, bankdakı vəsaitin üzərində sərəncam vermək, danışmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar aparmaq, nəqliyyat vasitələrini idarə etmək və sürücülük vəsiqəsi almaq, nikah bağlamaq hüququnu itirəcəklər.
Rusiya Dövlət Duması ölkəyə gələn əcnəbilərin məcburi tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Rusiya KİV-ləri xəbər verir ki, bunu qanunverici orqanın sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.
"Ölkəmizə gələn əcnəbi vətəndaşların tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsləri üzərində işləyirik", deyə V. Volodin bildirib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, barələrində istənilən inzibati hüquqpozma halında ölkədən çıxarılma qərarı veriləcək əcnəbilər Rusiya ərazisində bank hesabı açmaq, bank hesablarındakı vəsaitin üzərində sərəncam vermək, danışmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar aparmaq, nəqliyyat vasitələrini idarə etmək və sürücülük vəsiqəsi almaq, nikah bağlamaq hüququnu itirəcək.
Bu qəbildən olan və adları xüsusi reyestrə daxil ediləcək şəxslər həmçinin Rusiya Daxili İşlər Nazirliyinin icazəsi olmadan yaşayış yerini dəyişmək hüququndan məhrum ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.