Almaniyadan Rusiyadakı dünya çempionatını boykot çağırışı

17-10-2016, 22:26           
Almaniyadan Rusiyadakı dünya çempionatını boykot çağırışı
Avropa Birliyi rəhbərliyi Suriyanın Hələb şəhərinin bombalanmasını dayandırmaq üçün Rusiyaya təsir vasitələr axtarmaqla yanaşı Putinin “cəzalandırılması” üçün də imkanlar arayır. Almaniyanın Bild nəşri Rusiya rəhbərinə təsir etmək üçün 5 variant təklif edib.

Qəzet Rusiyaya texnologiyaembarqosu tətbit etməyə çağırıb. Çünki Qərb texnologiyaları olmadan Rusiya nə xammal hasil edə, nə də silah istehsal edə biləcək.

İkinci cəza növü kimi “Şimal axını” qaz kəmərindən imtinadır. Çünki Putin müharibəni qaz satışından əldə edilən pullarla maliyyələşdirir.

Üçüncü vasitə Avropa Birliyi ölkələrinə girişi qadağan edilən şəxslərinin siyahısının genişləndirilməsidir. Bu siyahıya “Rosneft” rəhbəri İqor Seçinin və “Qazprom” rəhbəri Aleksey Millerin adlarının daxil edilməsi təklif edilir.

Dördüncü cəza kimi 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının boykot edilməsidir. Bild-in iddiasına görə, bu Putin üçün ikiqat zərbə olardı.

Beşinci cəza kimi isə Suriyada üçüşsuz zonanın tətəbiq edilməsidir. Lakin bu addımın ABŞ üçün də riskli olacağı vurğulanır.

Nəşr qeyd edir ki, Suriyada sülh danışıqlarının uğursuzluğa duçar olması fonunda Putin müharibədə maraqlı olduğunu göstərir.

azadlıq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.