Mosulda can bazarı:Bir "xilafətçi" 70 İraq əsgərini öldürüb

17-10-2016, 22:29           

Döyüşlər Mosulun içərisində davam edir. Bombardımanlardan ciddi yara alan “xilafətçilərin” öz canları bahasına vuruşduqları bildirilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Mosulun şərqindən şəhərə daxil olan maşın karvanının arasına atılan intihar bombaçısı özünü partladıb, nəticədə 70 iraqlı əsgər həyatını itirib.

Qeyd edək ki, Mosul əməliyyatına 30 min hərbçinin qoşulduğu xəbər verilir. Şəhərdəki İŞİD-çi sayı isə 10-15 min arasında təxmin olunur. Onlardan 5 minin artıq Mosuldan qaçıb Raqqaya getdikləri bildirilir.

Bu məlumatlar həqiqətdirsə, 30 min əsgərə qarşı 5 və ya 10 min “xilafətçi” döyüşür. “Xilafətçilər” həm də beynəlxalq koalisiya qüvvələri tərəfindən havadan vurulurlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.