Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

18-10-2016, 13:41           
Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

Kimliyi indiyə qədər erməni ictimaiyyəti tərəfindən bilinməyən “L.Galadjian” adlı sosial şəbəkə istifadəçisi eks-müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzannanın arzusunun ürəyində qalması, onun “birinci ledi” xəyalının puç olması və bunun Serj Sərkisyanın həyat yoldaşı Rita ilə bağlılığının gizlinlərini açıb.

Axar.az xəbər verir ki, erməni KİV və sosial şəbəkələrində yayılan bu xəbər bütün Ermənistanda qarışıqlığa səbəb olub.

Sosial şəbəkənin “Lusine Galadjian” adlı istifadəçisinin öz səhifəsində paylaşdığı yazı ilk başda profilin kimə məxsus olduğunu və söhbətin nədən getdiyini bilməyən erməni istifadəçiləri üçün maraq doğurub.

Araşdırmalarından sonra “L.Galadjian”ın kimliyi məlum olub və onun Ermənistanın yeni təyin edilmiş müdafiə naziri Vigen Sərkisyanın həyat yoldaşı olduğu üzə çıxıb.

Erməni KİV nümayəndələri mövzunu öyrənmək üçün onunla əlaqə saxlamağa çalışsa da, onlara “L.Galadjian”ın hazırda Los-Ancelesdə olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru