Rusiya müharibə riskini maksimuma qaldırır

18-10-2016, 16:57           

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İŞİD terror qruplaşmasının Mosuldan Suriyaya keçmə riski olduğunu bildirib və belə bir vəziyyətdə hərbi müdaxilə qərarı alacaqlarını söyləyib.

Ölkə.Az xəbər verir ki, Lavrov Paraqvay xarici işlər naziri Eladio Loizaga ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında bu fikirləri işlədib:

"Mosul və şəhərin bütün ətrafı mühasirəyə alınmadığı üçün yaranan koridor İŞİD terrorçularının İraq və Mosuldan Suriyaya doğru çəkilmə riskini yaradır. Təbii ki, vəziyyət Rusiya tərəfindən qiymətləndiriləcək və belə bir prosses baş versə, hərbi və siyasi mwdaxilə qərarları alınacaq".

Mosuldakı əməliyyatları izlədiklərini bildirən Lavrov BMT-nin yeni köç dalğası yaranacağı xəbərdarlığına diqqəti çəkərək əlavə edib:

"Ümid edirəm ki, bu məsələlər əməliyyatı hazırlayanlar tərəfindən hesaba alınıb. Amma hazırda müəmmalar var" deyib.

Lavrov Rusiya və Əsəd rejiminə aid hava qüvvələrinin Hələb şəhərində keçirilən əməliyyatları dayandırdığını da bildirərək bunları deyib:

"Əməliyyatları dayandırmaq qərarı tətbiq edilir. Bu müddət ABŞ və digər dövlətlər tərəfindən dəstəklənən qrupların Nusra şəhərindən çıxması üçün xoş niyyət olaraq dəyərləndirilə bilər. Parçalanma fərqli formalarda keçirilə bilər. Lozannada baş tutan görüşdə bu məsələ ilə əlaqədar olaraq ekspertlər səviyyəsində iş görülməsinə aid qərar qəbul edildi və ilk toplantı sabah Cenevrədə keçiriləcək".

Digər tərəfdən Kremlin mətbuat katibi Dmitriy Peskov Rusiyanın Hələbdə əməliyyatları dayandırması barədə qərar qəbul etdiyini, bununla da ABŞ-a əvvəlki müqavilələri və razılaşmaları reallaşdırmaq üçün "daha bir şans" verdiyini söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.