"İblis" ləqəbli Siciliya mafiyasının başçısı - O Lənkəranskinin intiqamını alacaq

19-10-2016, 14:21           

”İndiyəcən bir qəbiristanlıq adam öldürmüşəm”.

teref.az xəbər verir ki, Lent.az Rövşən Lənkəranskinin qisasını alacağına söz verən İtaliya mafiya başçısı Matteo Messina Denaronun kimliyinə aydınlıq gəlib. İnternet resurslarından əldə etdiyimiz məlumata görə, “Dyabolik” (“İblis”) ləqəbli Messina Denaro 1962-ci ildə Siciliyada “Don Çiçço” ləqəbli mafioz Françeko Messinanın ailəsində anadan olub. Deyilənə görə, hələ uşaq vaxtı atası ona tapançadan atəş açmağı öyrədirmiş. Məktəbdə əla qiymətlərlə oxuyan Matteo ali təhsil ala bilmir. Çünki elə Rövşən Lənkəranski kimi, atasının düşmənini öldürür. Alkamodan olan mafiya başçısı Vinçentso Milatsonu qətlə yetirən Matteo, iki gün sonra onun sevgilisi Antonella Bonomonu da yatdığı yerdə boğur.

İtaliya xəfiyyəsi Matteonun indiyədək 60-dan çox insanı qətlə yetirdiyi qənaətindədir.

Elə bu fikrin özü də Matteoya məxsusdur: ”İndiyəcən bir qəbiristanlıq adam öldürmüşəm”.

Matteo Denaro 23 ildir ki, axtarışdadır. Onun yerini tapa bilmirlər, izinə düşsələr də, hər dəfə aradan çıxıb. Amma 2010-cu ildə neçə vaxtdan sonra polis onun izinə düşə bilir. Minə yaxın polisin iştirakıyla “Qolem-3” kod adı altında əməliyyat keçirilir. Amma polisin özündən əməliyyat barədə Matteoya xəbər verirlər. O, aradan çıxmağı bacarır.

Eyni hal keçən ilin avqustunda da yaşanır. Polis 11 mafiya başçısını saxlayır. Onlar Matteo Messina Denaro ilə bağlılıqda şübhəli bilinirlər. Sən demə, İtaliya polisi Siciliyanın cənub-qərbində yerləşən fermalardan birini izləyib. Burada Denaronun müraciətini cinayət aləminə çatdırmaq üçün mafiya başçıları toplaşıbmış.

Polis fermaya toplaşan mafiya başçılarını dinləyə bilmək üçün ən yüksək texnologiyadan istifadə edib. Amma yenə Matteonun harada olması barədə heç nə əldə edə bilməyib.

Matteo heç vaxt ailəli olmayıb. Amma deyilənə görə, nikahdankənar bir oğlu var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.