Səddama hücumun səbəbkarı mənəm – Nazirdən etiraf

19-10-2016, 19:18           
Səddama hücumun səbəbkarı mənəm – Nazirdən etiraf
Mən İraqın işğalına görə məsuliyyət daşıyıram.

Axar.az xəbər verir ki, bunu “Skay Nyus” telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Xarici İşlər naziri Cek Stro söyləyib.

“Məhz mən o zaman Nümayəndələr Palatasına İraqa hücumla bağlı qərar verməyi məsləhət görən əsas şəxslərdən biri olmuşam. 2003-cü ildə mənim müdafiə etdiyim fikir dəqiq informasiyaya əsaslanırdı”, - deyə o bildirib.

Qeyd edək ki, Cek Stro 2001-2006-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

Böyük Britaniya və ABŞ orduları İraqa 2003-cü ildə müdaxilə edib. Nəticədə İraq Prezidenti Səddam Hüseyn devrilərək edam olunub. O zaman İraqa hücuma əsas səbəb kimi Səddam Hüseynin beynəlxalq terrorizmə dəstək verməsi və kimyəvi silahlara sahib olması göstərilsə də, sonradan bu iddiaların heç birinin doğru olmadığı ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru