Jurnalistin gözü önündə tərcüməçini zorladılar

20-10-2016, 00:03           
Jurnalistin gözü önündə tərcüməçini zorladılar
Fransanın Kale şəhərində tərcüməçi zorlanıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə çəkiliş qrupu əfqan qaçqınları barədə reportaj çəkərkən qaçqın düşərgəsinin yaxınlığında baş verib.

Məlumata görə, ilk öncə cinayətkarlar reportyorların avadanlıqlarını ələ keçirməyə çalışıblar. Daha sonra bıçaqla hədələyərək 38 yaşlı əfqan əsilli qadın tərcüməçini zorlayıblar. Bu zaman digər cinayətkarlar jurnalisti zorla saxlayıblar. Hadisədən sonra jurnalist zərəçəkmişi polisə və həkim müayinəsinə aparıb. Burada cinayət faktı qeydə alınıb. Nəticədə cinyət işi açılıb.

Hazırda hüquq-mühafizə orqanları cinayətkarları axtarır.

Qeyd edək ki, Kaledə yerləşən bu qaçqın düşərgəsinin pis şöhrəti var. Düşərgə Avrotunelin girəcəyində yerləşir. Kortəbii şəkildə yaranmış şəhərcikdə 9 min qeyri-leqal çalışan insan məskunlaşıb. Onlar ilk fürsətdə Böyük Britaniyaya keçməyə can atırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.