Əfqanıstanın paytaxtında hərbi geyimdə olan naməlum şəxs beynəlxalq koalisiyasının hərbçilərinə atəş açıb.
Axar.az xəbər verir ki, insident nəticəsində ölən və yaralananlar var.
NATO-nun başcığı altında fəaliyyət göstərən koalisiya qüvvələri 2014-cü il dekabrın 31-də Əfqanıstanda hərbi missiyasını başa vurub. 2015-ci il yanvarın 1-dən isə NATO ölkədə yeni qeyri-hərbi əməliyyata başlayıb. Tərkibində 12 min hərbçinin olduğu alyans qüvvələri Əfqanıstanın güc strukturlarına təlimlər keçir.
Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da nüfuzu artmaqdadır.