İndoneziyada turistlər üçün YENİ QADAĞALAR

26-03-2025, 11:52           
İndoneziyada turistlər üçün YENİ QADAĞALAR
"İndoneziyanın Bali vilayətinin hökuməti xarici turistlər üçün yeni davranış qaydaları ilə bağlı göstərişlər dərc edib".

"Antara" agentliyi xəbər verir ki, bunu Balinin valisi Vayan Koster deyib.

Onun sözlərinə görə, qaydaları pozan əcnəbi turistlər İndoneziya qanun və qaydalarına uyğun olaraq, sanksiyalar və ya məhkəmə prosedurları şəklində sərt tədbirlərə məruz qalacaqlar.

Yeni qaydalar xarici turistlərin xüsusilə müqəddəs və dini yerləri ziyarət edərkən ədəbli geyimdə olmasını tələb edir.

Adanın qonaqlarına zibil atmaq, bulaqları çirkləndirmək və birdəfəlik plastiklərdən istifadə etmək də qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru