Rütte: "Ukraynada münaqişə bitdikdən sonra belə Rusiya ilə münasibətlər normallaşmayacaq"

27-03-2025, 15:59           
Rütte: "Ukraynada münaqişə bitdikdən sonra belə Rusiya ilə münasibətlər normallaşmayacaq"
"Ukraynada münaqişə bitdikdən sonra da Rusiya ilə münasibətlər bərpa olunmayacaq".

Fontanka.ru xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Polşada keçirdiyi mətbuat konfransında deyib.

Rütte, həmçinin bildirib ki, Rusiya hələ də NATO üçün ən böyük təhlükədir. O, Rusiyanın müdafiə sahəsində böyük xərclərinin ordunun imkanlarının genişləndirilməsində əks olunacağına əmin olduğu üçün alyans ölkələrini müdafiəyə daha çox sərmayə qoymağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru