Çinin ən varlı adamı o oldu

28-03-2025, 09:34           
Çinin ən varlı adamı o oldu
TikTok sosial şəbəkəsinin sahibi olan “ByteDance”in yaradıcısı Jan İmin Çinin ən varlı adamları reytinqinə başçılıq edir.
Bu haqda “Bloomberg” məlumat yayıb.

Belə ki, 41 yaşlı iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artıb və 2025-ci ilin mart ayının sonunda 57,5 ​​milyard dollar təşkil edib.

İkinci yerdə 56,6 milyard dollar kapitalla “Tencent Holdings” texnoloji şirkətinin həmtəsisçisi Pony Ma qərarlaşıb. Üçüncü yerdə sərvəti 54,1 milyard dollar dəyərində qiymətləndirilən “Nongfu Spring” qablaşdırılmış su və sərinləşdirici içkilər şirkətinin rəhbəri Jun Şanşan qərarlaşıb.

Qeyd edək ki, keçən il Poni Ma “Bloomberg”in milyarderlər indeksinə görə Çinin ən varlı adamları sıralamasında birinci olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru