Britaniyada avtomobil istehsalı 12 aydır ki azalır

28-03-2025, 17:34           
Britaniyada avtomobil istehsalı 12 aydır ki azalır
Böyük Britaniyada avtomobil istehsalı fevral ayında illik bazda 11,6% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya Motor İstehsalçıları Cəmiyyətinin məlumatında deyilir.

Qeyd edilib ki, Britaniya istehsalçıları fevral ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10 787 ədəd az avtomobil istehsal edib. Belə ki, ölkədə minik avtomobilləri, yük avtomobilləri, taksilər və avtobuslar da daxil olmaqla, ümumi nəqliyyat vasitələri istehsalı fevral ayında illik bazda 11,6 faiz azalıb. Beləliklə, Britaniyada avtomobil istehsalı ardıcıl 12 aydır ki azalır

Avtomobil istehsalının azalması Britaniya və xarici bazarlarda zəifləmə, model dəyişikliyi və istehsal müəssisələrinin strukturunun yenidən qurulması ilə əlaqədar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru