"TikTok"un yaradıcısı Çinin ən varlı adamı oldu

28-03-2025, 07:45           
"TikTok"un yaradıcısı Çinin ən varlı adamı oldu
"TikTok" servisinin sahibi olan "ByteDance"in yaradıcısı Çjan İmin Çinin ən varlı adamları reytinqində liderliyi ələ keçirib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

41 yaşlı iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artıb və 2025-ci ilin mart ayının sonunda 57,5 ​​milyard dollar təşkil edib.

İkinci yerdə 56,6 milyard dollar kapitalla "Tencent Holdings" texnologiya şirkətinin həmtəsisçisi Poni Ma (həmçinin Ma Huaten kimi tanınır) qərarlaşıb. Üçüncü yerdə 54,1 milyard dollarlıq sərvətlə qablaşdırılmış su və sərinləşdirici içkilər istehsal edən "Nongfu Spring" şirkətinin rəhbəri Çjun Şanşan qərarlaşıb.

"Bloomberg Billionaires Index"ə görə, keçən il Poni Ma Çinin ən zəngin adamları siyahısına başçılıq edirdi. Həmin vaxt onun sərvəti 43,7 milyard dollar dəyərində qiymətləndirilirdi. Reytinqin ikinci pilləsini 43,6 milyard dollar kapitalla Çjun Şanşan tuturdu. Üçüncü yerdə 43 milyard dollar sərvətlə Çjan İmin qərarlaşırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.