Ər-Riyaddan təhdid: “Sonun Mübarək kimi olacaq”

20-10-2016, 10:06           

Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd Bin Salman Misir Prezidenti Əbdülfəttah Sisini təhdid edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Misir mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Ərəb şahzadəsi Sisiyə göndərdiyi mesajda Qahirənin onların bütün tapşırıqlarına əməl etməsini əmr edib.

Mesajda Salman körfəz ölkələrinin pullarının çox olduğunu bildirib. Ər-Riyadın Misirdən əsas istəyi Qırmızı dənizdəki iki adanın onlara verilməsi, İranla əlaqələrin kəsilməsi, Suriya hakimiyyətinin dəstəklənməsinin dayandırılmasıdır.

Mesajda o da qeyd olunub ki, əgər Sisi Səudiyyə Ərəbistanının istəklərini yerinə yetirməsə, Səudiyyə bütün investisiyasını Misirdən çəkəcək və o, Hüsnü Mübarək kimi devirəcək.

Qeyd edək ki, son günlər Misirlə Səudiyyə Ərəbistanı münasibətləri Suriya böhranı ucbatından pisləşib. Rəsmi Qahirə Suriya böhranına Ər-Riyadın müdaxilə etməsini və Əsədin devrilməsini istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru