Pakistan hind diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verib

28-10-2016, 09:38           
Pakistan hind diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verib
Surjit Sinqxi persona non-qrata elan edilib

Pakistan hakimiyyəti hind diplomatı Surjit Sinqxi persona non-qrata elan edib və ölkəni tərk etmək üçün ona 48 saat möhlət verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Hindistan hakimiyyəti Nyu-Dehlidə Pakistanın səfirliyinin diplomatik işçisinin ölkədən çıxarıldığını elan edib. “The Indian Express” qəzeti cümə axşamı Nyu-Dehli polisinin Pakistan səfirliyinin əməkdaşı Mahmud Axtarı saxladığını xəbər verib. Məlumata görə, o, Hindistanın müdafiəsi ilə bağlı məxfi sənədlərdən məlumatlıdır. Onin şəxsiyyətin araşdırılmasından sonra, diplomatik statusa malik olan Axtarı buraxıblar.

Bundan başqa, polis Racastan vilayətinin iki sakinini saxlayıb. İstintaq orqanları onların Axtarla əlaqəli olduğunu və onu informasiyayla təchiz etdiyini güman edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru