İŞİD terrorçuları Mosul yaxınlığında neft kəmərlərini yandırıblar

28-10-2016, 13:14           
İŞİD terrorçuları Mosul yaxınlığında neft kəmərlərini yandırıblar
İŞİD terror təşkilatının üzvləri İraqın Mosul şəhərinin cənubunda yerləşən Kayyar şəhərində neft kəmərlərini yandırıblar.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, şəhər üzərində qatı qara tüstü ucalmaqdadır. Bu, dinc əhalinin sağlamlığı üçün təhlükə kəsb edir və yerüstü qoşunların hərəkətini çətinləşdirir.

Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə İraqın baş naziri Heydər əl-Abadi Mosulun İŞİD terrorçularından azad edilməsi üzrə hərbi əməliyyatın başlandığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru