Əsədin əsgərləri silahlarını qoyub qaçdı - Foto

29-10-2016, 22:01           

Suriyanın Hələb şəhərində Əsəd rejiminin mühasirəsini yarmaq üçün əməliyyatlara başlayan müxaliflər bir neçə məntəqədə nəzarəti ələ keçirib.

Axar.az xəbər verir ki, "Qrad" raketlərindən istifadə edən müxaliflər Dahiyet Əsəd bölgəsinə girməyi bacarıb.

Məlumata görə, Əsədə sadiq qüvvələr silahlarını elə öz mövqelərində qoyaraq qaçıb.

Əhrar əş-Şam qruplaşması isə ələ keçirilən silah-sursatın fotolarını internetdə yayıb.

Qeyd edək ki, hazırda Hələbdə 275 mindən çox insan Əsəd qüvvələri tərəfindən mühasirədə saxlanılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru