Sürücü 22 nəfəri əzib keçdi

31-10-2016, 10:29           
Sürücü 22 nəfəri əzib keçdi
Avtoyarışlardan qayıdan sürücü zəncirvari qəza törədib.

A24.Az lenta.ru-ua istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Martinsvil şəhərində keçirilən ənənvi NASCAR avtomobil yarışlarından sonra çoxtərəfli qəza qeydə alınıb. Məlumata görə, tamaşaçılardan biri yarışlardan sonra özünün avtomobili ilə ərazinni tərk edərkən qəza törədib. Maşınını park etdiyi əlillər üçün ayrılmış zonadan çıxarmaq istəyən sürücü növbəsini gözləmədən önündəki cip-dən qabağa keşmək istəyib. Nəticədə idarəetməni itirən şəxs cip-lə toqquşduqdan sonra maşınını kütlənin üstünə sürüb. Qəza zamanı ölən olmasa da, 22 nəfər xəsarət alıb və onlardan 9-u xəstəxanaya aparılıb. Polis qəza ilə bağlı təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru