Hələbdə humanitar dəhliz atəşə tutulub – Rusiyalı hərbçilər yaralanıb

4-11-2016, 20:02           
Hələbdə humanitar dəhliz atəşə tutulub – Rusiyalı hərbçilər yaralanıb
Suriyanın Hələb şəhərində humanitar dəhliz terrorçular tərəfindən atəşə tutulub.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu gün saat 14.45 radələrində Hələbdə silahlı qruplaşmaların üzvlərinin şəhəri tərk etmələri üçün açılan humanitar dəhliz minaatanlardan və “Cəhənnəm atəşi” adlandırılan reaktiv qurğudan atəşə tutulub.
Nəticədə iki rusiyalı hərbçi yüngül yaralanıb, onlar təhlükəsiz yerə təxliyə olunub. Nazirlikdən onların həyatına təhlükə olmadığı bildirilib.
Humanitar dəhlizdən həmçinin Rusiya, qərb və ərəb ölkələrindən olan 50-dək jurnalisti təxliyə olunub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin saytı Suriyanın Hələb şəhərində dinc əhali və silahlı birləşmələrin təxliyə olunması üçün yaradılan humanitar dəhlizdən canlı yayım təşkil edir. Hazırda canlı yayım müvəqqəti dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru