Səudiyyə Ərəbistanı neft hasilatının həcmini artıra bilər - İrana görə

4-11-2016, 22:33           

Əgər rəsmi Tehran cari neft hasilatının həcmini dondurmaqdan imtina etsə, Səudiyyə Ərəbistanı istehsalı artıracaq.

Bu barədə "Reuters” Neft İxrac Edən Ölkələrin Təşkilatındakı (OPEK) 4 mənbəyə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, OPEk ölkərinin ötən həftə keçirilən görüşündə Səudiyyə Ərəbistanı neft istehsalını sutka ərzində 11-12 milyon barrelə çatdıracağı və bununla da dondurma müzakirəsinə son qoyacağı ilə ölkələri təhdid edib.

Belə ki, İran neft istehsalının səviyyəsini məhdudlaşdırmaqdan imtina edir və iddia edir ki, belə şərtlər olmamalıdır, çünki Avropa Birliyi tərəfindən bu ölkəyə tətbiq olunan sanksiyalar yeni aradan qaldırılıb və İran neft hasilatını bərpa etməyə çalışır.

İran sentyabrda neft hasilatını sutka ərzində 3,85 milyon barrelə çatdıraraq dondurma məsələsinə yalnız 4, 2 milyon barrel səviyyəsində razı olacağını bəyan edib.

Səudiyyə Ərəbistanı nümayəndələri isə Tehranın neft istehsalını sutkada 3,66 milyon barrelə çatdırmalı olduqlarını təkid edirlər. Belə halda, Ərəbistan öz istehsalını hətta gün ərzində 10,2 milyon barrelə salmağa hazırdır.

OPEK-in rəsmi nümayəndələri görüş qapalı qapılar arxasında keçirildiyindən bu informasiyaya şərh verməkdən imtina ediblər. Hər iki ölkənin nümayəndələri də rəsmi şərh verməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.