İŞİD Suriyada türk əsgərlərini vurdu –3 yaralı var

4-11-2016, 23:24           

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağırdır.

Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru