İŞİD-dən növbəti ağlasığmaz addım: “Uşaqlara özlərini partlatmaq əmri verildi”
5-11-2016, 10:41
“İslam dövləti” terror təşkilatının yaraqlıları Mosul şəhərində İraq hərbçilərinə qarşı terror aktlarının törədilməsi üçün uşaq kamikadzelər hazırlayıblar.
Bu barədə teref.az interfax agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, İŞİD azyaşlı terrorçu kamikadzeləri Mosulun qıraq məhəllələrindəki evlərdə yerləşdirir.
Onlara hərbçilər mənzillərdə təmizlik əməliyyatlarına başlayanda özlərini partlatmaq tapşırılıb.
Həmçinin bildirilir ki, terrorçular Mosulun qərb hissədində dinc əhalidən “canlı qalxan” kimi istifadə etməyi planlaşdırırlar.