Donald Trampın arvadı ABŞ-da qeyri-leqal işlə məşğul olub — ŞOK İDDİA

5-11-2016, 19:10           

ABŞ prezidentliyinə namizəd Donald Trampın arvadı Melaniya Tramp ABŞ-da qeyri-leqal işləyib.

Ölkə.Az xəbər verir ki, sloveniyalı model Melaniya Amerikaya gəldiyi ilk illərdə qeyri-leqal işçi kimi fəaliyyət göstərib. Bu barədə mətbuata məlumat adını gizli saxlayan mənbələrdən daxil olub və gəlirlərin uçot kitabına istinadən bilgilər sızdırılıb.

Məlum olub ki, işçi vizası olmayan Melaniya ABŞ-a gəldiyi ilk illərdə 10 model agentliyi ilə ümumi məbləği 20 min dollar olan müqavilələrə imza atıb.

Siyasətçinin həyat yoldaşı dəfələrlə immiqrasiya haqda ABŞ qanunlarını pozmadığını, ölkə vətəndaşlığını qanuni yolla əldə etdiyini dəfələrlə bəyan edib.

Bununla da o, Donalad Trampın əgər prezident seçilərsə, miqrant qəbulu haqda proseduru sərtləşdirmək vədini dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru