ABŞ ordusunun 66 il əvvəl itirdiyi atom bombası tapılıb
6-11-2016, 12:04
Kanadanın Hayda-Quai arxipelaqının yaxınlığında dalğıc Şon Smiriçinski dənizin dibində 1950-ci ildə Amerika ordusunun itirdiyi “Mark 4” atom bombasını aşkar edib.
“The Guardian” xəbər verir ki, 1950-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus B-36 bombardman təyyarəsi qəzaya uğrayıb. Hər iki mühərriki göydə olarkən alışmış təyyarənin pilotları bombanı Sakit okeana atmaq qərarı veriblər və katapultla canlarını qurtarıblar.
O zamandan bəri ABŞ hakimiyyəti israrla bildirir ki, həmin bombada plutonium başlığı olmayıb.
Kanadalı hərbçilər tapıntını tədqiq etmək fikrindədirlər.