Toy axşamı qəribə hadisə: Gəlinin saçlarını kəsib… – VİDEO

6-11-2016, 14:36           
Toy axşamı qəribə hadisə: Gəlinin saçlarını kəsib… – VİDEO
İsraildə keçirilən toy mərasimlərindən birində maraqlı hadisə baş verib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəylə gəlin öz toylarında xeyirxah addım atıblar. Belə ki, cütlüyün razılığına əsasən toy mərasiminin sonunda, elə şadlıq sarayındaca gəlinin saçlarını kəsərək, onu xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara parik düzəldən fonda bağışlayıblar.
Qeyd edək ki, bu addım böyük coşqu və mərasim iştirakçılarının alqışları ilə qarşılanıb. Bəy və gəlin isə gülümsəyərək xeyirxah addımlarını səmimi qəlbdən atdıqlarını nümayiş etdiriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru