İŞİD futbolçunun həyat yoldaşını və 4 uşağını öldürdü

6-11-2016, 21:46           

İraqlı qapıçı Munir Abdilə dəhşətli faciə üz verib.

Qapıçının həyat yoldaşı və 4 uşağı İŞİD qruplaşması tərəfindən öldürülüb.

Munir ailəsiylə əlaqəni təxminən bir il əvvəl itirib. Onun ailəsinin yaşadığı Xoica şəhəri qruplaşma tərəfindən tutulmuşdu. Bir neçə gün əvvəl bu şəhər İŞİD qüvvələrindən azad edilib. Futbolçunun ailəsinin də yer aldığı maşın şəhərdən çıxmaq istəyərkən, İŞİD yaraqlıları tərəfindən vurulub. Nəticədə 26 dinc sakin həlak olub. Onların arasında qapıçının həyat yoldaşı və 4 övladı da var.

İraq Futbol Federasiyası “tvitter” səhifəsində faktı təsdiqləyib. (Publika.az)
İŞİD futbolçunun həyat yoldaşını və 4 uşağını öldürdü












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru