Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar hədiyyə alıb

7-11-2016, 01:10           
Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar hədiyyə alıb
ABŞ-ın sabiq prezidenti Bil Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.
APA-nın verdiyi məlumata görə, bu, bu ilin oktyabrında “WikiLeaks” saytında “Clinton Foundation” əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.
“Clinton Foundation” əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər. Telekanalın məlumatında vurğulanıb ki, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib. Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru