İraq ordusu ilk dəfə Mosulun yaşayış məhəllələrinə daxil olub

7-11-2016, 09:37           
İraq ordusu ilk dəfə Mosulun yaşayış məhəllələrinə daxil olub
İraqın hökumət qüvvələri Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başlamasından sonra ilk dəfə şəhərin yaşayış məhəllələrinə daxil olub.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Məlumata görə, ordu Əs-Saad və Bauza rayonlarına nəzarəti əlinə alıb.
Bununla yanaşı, İraqın Hərbi Hava Qüvələri İŞİD-in bir neçə silah anbarını məhv edib. Ordu birləşmələri şəhərin şərq hissəsində zirehli tank birləşmələrinin dəstəyi ilə ekstremistlərin müqavimətini qıraraq şəhərin mərkəzinə doğru irəliləməkdə davam edirlər.
İraq Kürdüstanının Təhlükəsizlik Komitəsinin rəhbəri Masrur Bərzani bildirib ki, İŞİD pilotusz uçuş aparatlarından, həmçinin zəhərli maddəli uzaqvuran mərmilərdən və digər vasitələrdən istifadə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru