İsrail Livanda “Hizbullah” hədəflərini vurur – VİDEO
Bu gün, 11:18
Bu dəqiqələrdə İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrində yerləşən “Hizbullah”ın raket anbarlarına intensiv hava zərbələri endirir.
Globalinfo.az xəbər verir ki, partlayış səslərinin Baalbek və Cənub Livan istiqamətində eşidildiyi, zərbələrin genişmiqyaslı xarakter daşıdığı bildirilir.
Regionda gərginliyin daha da artdığı qeyd olunur.
İsrail ordusu əməliyyatların davam etdirilə biləcəyini istisna etmir.