TEREF xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolin Levit deyib.
O bildirib ki, sazişlə bağlı iranlılarla birbaşa və dolayı əlaqə saxlanılır.
“ABŞ razılaşmanın baş tutacağına ümid edir”, – deyə Levit vurğulayıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə günahlandıraraq ona qarşı əməliyyata başlayıb. Lakin bir neçə gün davam edən qarşılıqlı zərbələrdən sonra Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini, 12 günlük müharibənin rəsmi sonunun çatdığını vurğulayıb. /globalinfo