2020-ci ildə Yer kürəsini təhlükə gözləyir- NASAdan xəbərdarlıq

7-11-2016, 15:12           
2020-ci ildə Yer kürəsini təhlükə gözləyir- NASAdan xəbərdarlıq
ABŞ Kosmik agentliyi NASA “Yer kürəsi 2020-ci ildə asteroidlə toqquşan zaman nə etməli” istiqamətində eksperimentlər həyata keçirib. Lakin NASA-nın konkret tarixi qeyd etməsi və sınaqlarda bütün texniki imkanlarının ortaya qoymaq istəyi insanlarda qorxu yaradıb.

Moderator.az xəbər verir ki, artıq ABŞ və Avropa mətbuatı NASA-nın irimiqyaslı sınaqlarından şübhələnir. Qərb mətbuatının yazdığına görə, NASA 2020-ci ildə baş verəcək böyük təhlükədən xəbərdar olsa da, onu ictimaiyyətdən gizlədir. Sızdırılan informasiyalar görə, hətta 2020-ci ildə dünyanın bəzi iri şəhərlərində əhalinin təxliyə edilməsi belə planlaşdırılıb.

Lakin NASA bu barədə rəsmi açıqlama verərkən, bəşəriyyətin nəinki 2020-ci ildə, hətta bütün illərdə Yer kürəsinin asteroidlə çarpılmasına hazır olmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru