Gürcüstanda məcburi hərbi çağırış bərpa edilir

7-11-2016, 15:58           

ürcüstanın Müdafiə Nazirliyi orduya məcburi hərbi çağırışı bərpa edəcək.

AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Levan İzoriya bildirib. Onun sözlərinə görə, çağırış yeni formada bərpa olunacaq.

"Çağırışçılar tam ibtidai hazırlıq keçəcək və dəyərli hərbçilər kimi formalaşacaq. Onların maaşları 50 lariyə qədər artacaq, həmçinin onların istirahət etmək imkanı olacaq. Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə dəstək verilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək", - deyə İzoriya bildirib.

Qeyd edək ki, ölkədə icbari hərbi çağırışı keçmiş müdafiə naziri Tinatin Xidaşelini dayandrımışdı. Sabiq xanım nazirin fikrincə, bununla Gürcüstan ordusu tamamilə müqaviləli xidmətə keçməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru