Makron Keyt Midltonla ehtiraslı söhbət etdiyi üçün tənqid olundu -VİDEO
Bu gün, 00:04

Fransa Prezidenti Emmanuel Makron Uels şahzadəsi Keyt Midltonla ehtiraslı söhbət etdiyinə görə sosial şəbəkələrdə kəskin tənqid olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, hadisə Vindzor qəsrində Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Birləşmiş Krallığa səfəri münasibətilə təşkil olunan rəsmi ziyafət zamanı baş verib. Tədbirdə Kral III Çarlz və xanımı Kamilla, Şahzadə Uilyam, Keyt Midlton, həmçinin Mik Caqqer, Elton Con və digər tanınmış simalar iştirak ediblər.
Görüntülərə əsasən, Makron masada Keyt Midltonun yanında əyləşib, onunla şirin söhbət edib və sonra göz vurub.
Onun ədəb və nəzakət qaydalarını pozan bu gözlənilməz jesti bütün diqqəti onlara yönəldib və tədbirlə bağlı müzakirə olunan əsas mövzuya çevrilib. Belə ki, beynəlxalq diplomatiyanın sərt protokolunda göz vurma çox qeyri-formal və şəxsi jest sayılır.
Sosial media istifadəçiləri də Makrona qarşı sərt ifadələr işlədiblər: "Nə qədər iyrənc mənzərə! Yazıq Keyt", "Bu adam çox hiyləgər təsiri bağışlayır", "Makron nə iyrənc insandır!" və s.

