Fransanın cənubunda baş verən yanğın nəticəsində 100-ə yaxın insan xəsarət alıb

Bu gün, 08:34           
Fransanın cənubunda baş verən yanğın nəticəsində 100-ə yaxın insan xəsarət alıb
Fransanın cənubunda, Le-Pen-Mirabo bölgəsində başlayan və Marselin şimalına qədər yayılan güclü yanğın nəzarət altına alınıb.

Bu barədə BFMTV telekanalı Buş-Dü-Ron departamentinin prefekturasına istinadla məlumat verib.

Məlumata əsasən, yanğın nəticəsində 97 nəfər yüngül xəsarət alıb, onlardan 24 nəfəri, o cümlədən 6 yanğınsöndürən xəstəxanaya yerləşdirilib.

Müvəqqəti yerləşdirmə mərkəzlərinə ümumilikdə 249 nəfər yerləşdirilib.

Yanğın ümumilikdə 750 hektarlıq ərazini əhatə edib. Yanğın səbəbilə 400 nəfər təxliyə olunub. İlkin məlumatlara görə, alov ümumilikdə 71 binaya, o cümlədən 68 yaşayış binasına ziyan vurub, onlardan 10-u tamamilə yanaraq məhv olub.

Qeyd edək ki, bu, son günlər Fransanın cənubunda baş verən yeganə böyük yanğın deyil. Od departamentində, Narbonn yaxınlığında təxminən 2 min hektar sahəni əhatə edən yanğın hələ də söndürülməyib. Ero departamentində isə çərşənbə axşamı başlayan digər bir yanğın nəzarət altına alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.