Yaponiya Çinlə yaşanan gərginliklə bağlı açıqlama yaydı - Hər an toqquşma ola bilər

11-07-2025, 07:54           
Yaponiya Çinlə yaşanan gərginliklə bağlı açıqlama yaydı - Hər an toqquşma ola bilər
Çin təyyarələri son iki gün ərzində Şərqi Çin dənizində müşahidə uçuşları həyata keçirən Yaponiya təyyarələrinə çox yaxın məsafədə uçub.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi Çinlə yaşanan gərginliklə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı narahatlıq Çinin Tokio səfiri Vu Jianghaoya çatdırılıb. Əlavə edilib ki, bu vəziyyət hər an toqquşmalara səbəb ola biləcək.

Yaponiya bəyanatda Çin hökumətini bu cür davranışlardan çəkinməyə çağırıb.

Çin isə məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Çinin artan hərbi fəaliyyətini əsas gətirən Yaponiya dünən ölkənin cənub-qərb hissəsindəki adaları qorumaq üçün Saqa prefekturasında yeni hərbi baza açdığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru