Avropa lazım olduğu qədər Ukraynanın yanında qalacaq - Ursula fon der Lyayen

11-07-2025, 07:43           
Avropa lazım olduğu qədər Ukraynanın yanında qalacaq -
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanın Ukraynaya lazım olduğu qədər dəstək verəcəyini bəyan edib.

“The Guardian"ın məlumatına görə, o, Romada Ukraynanın bərpası ilə bağlı konfransda deyib ki, Avropa İttifaqı (Aİ) münaqişənin əvvəlindən Ukraynaya davamlı dəstək göstərib və buna davam edəcək.

Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynanın ən böyük donoru olaraq qalır və 165 milyard avro dəstək göstərib.

O, həmçinin konfrans çərçivəsində imzalanmış 1 və 3 milyard avro məbləğində yeni qrantların verilməsini, eləcə də Ukraynanın bərpası üçün yeni fondun - rekonstruksiya sahəsində dünyanın ən böyük birbaşa investisiya fondunun yaradılmasını elan edib. Onun fəaliyyətində xüsusi diqqət energetika, nəqliyyat, xammal sahələrinə yönəldiləcək. Fonda artıq İtaliya, Almaniya, Fransa, Polşa və Avropa İnvestisiya Bankı qoşulub.

Bundan əlavə, fon der Lyayen qeyd edib ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük yolunda növbəti addıma – təşkilata daxil olmaq ilə bağlı danışıqların ilk klasterini açmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru