Daniel Orteqa üçüncü müddətə Nikaraqua prezidenti seçilib

8-11-2016, 09:17           
Daniel Orteqa üçüncü müddətə Nikaraqua prezidenti seçilib
Nikaraquanın hazırkı prezidenti, Sandinist Milli Azadlıq Cəbhəsini təmsil edən Daniel Orteqa dövlət başçısı seçkilərində inamlı qələbə qazanıb. Səslərin 99,8%-nin hesablanmasından sonra seçicilərin 72,5%-i onu dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Şurasının məlumatında bildirilir. Onun ən yaxın izləyicisi Maksimino Rodriqes (Liberal-Konstitusiya Partiyası) səslərin yalnız 15%-ni toplaya bilib. ABŞ bazar günü keçirilən seçkilərin qanuniliyinə şübhə ilə yanaşdığını ifadə edib. Ölkə müxalifəti seçkiləri məzhəkə adlandırıb və nəticələri tanımadığını bəyan edib.

Orteqa 2007-ci ildən ölkəyə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru