Danimarka Ukraynaya peyk xidmətləri təqdim edəcək

Bu gün, 15:18           
Danimarka Ukraynaya peyk xidmətləri təqdim edəcək
Danimarka Avropa Müdafiə Agentliyi (EDA) vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə peyk xidmətləri təqdim edəcək.
TEREF-ın Report-a istinadla məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Danimarka Ukraynaya dəstəyində daha bir addım atır, ilk dəfə olaraq Avropa Müdafiə Agentliyi vasitəsilə Ukrayna müdafiəsinə Avropa istehsalı olan peyk xidmətlərini bağışlayır", - mətbuat açıqlamasında deyilir.

Nazirlik bildirib ki, Ukrayna üçün qəbuledici terminallara giriş genişləndiriləcək, Ukrayna Silahlı Qüvvələri bunlardan peyk rabitəsinə çıxış üçün istifadə edə biləcək ki, bu da hərbi əməliyyatların aparılması üçün "həlledici əhəmiyyət kəsb edə bilər".

Qeyd olunur ki, EDA digər Avropa İttifaqı ölkələrinin Danimarkanın nümunəsini izləyəcəyini və oxşar tədbirləri nəzərdən keçirəcəyini gözləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru