Trampdan miqrantlarla bağlı YENİ QANUN: Bundan sonra mühacirlər…
Bu gün, 11:14

ABŞ-da saxlanılan qeyri-qanuni mühacirlər girov müqabilində azadlığa buraxılmaları üçün artıq məhkəmə iclası tələb edə bilməyəcəklər.
Bu barədə “The Washington Post” İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinə istinadən məlumat yayıb.
Sənədə əsasən, işi üzrə qərar gözləyən miqrantlara qarşı əvvəllər tətbiq edilən təcrübə dəyişdirilir. İndi qeyri-qanuni mühacirlərin saxlanmasını nəzərdə tutan müddəalar ABŞ-da qalma müddətindən asılı olmayaraq bütün miqrantlara şamil ediləcək.
İndiyə qədər praktikada girov müqabilində azadlığa çıxmaq imkanı uzun müddət ölkədə olanlara verilirdi. Ancaq indi müvəqqəti azadlığa buraxılma qərarı yalnız İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı tərəfindən xüsusi hallarda verilə bilər. Məhkəmələr artıq girovla bağlı ərizələrə baxmır və insan haqları qrupları bildirirlər ki, bu cür dinləmələrin rədd edilməsi bütün ölkədə geniş yayılıb.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Təşkilatının hesablamalarına görə, immiqrasiya həbsxanasında təxminən 56 min adamı var.
Keçən həftənin əvvəlində ABŞ Konqresi qeyri-qanuni mühacirlərin saxlanması imkanlarının genişləndirilməsinə yönəlmiş 45 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib.
Xatırladaq ki, Tramp ABŞ tarixində ən böyük miqrant köçünü gerçəkləşdirəcəyini bəyan edib. Belə ki, o, ölkədən 1 milyona qədər insanın deportasiya ediləcəyini açıqlayıb./Globalinfo.az