Klinton açılan ilk seçki məntəqəsində qalib gəldi

8-11-2016, 13:05           

ABŞ Prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Nyu-Hempşir ştatının kiçik kəndi olan Diksvil-Notç kəndində keçirilən səsvermədə qalib gəlib.

Axar.az xəbər verir ki, səsvermədə 8 kənd sakini iştirak edib. Seçicilərdən 4-ü Hillari Klintona, 2-si Donald Trampa, 1 nəfər Libertarian Patiyasının namizədi Herri Consona səs verib. 1 nəfər isə bülletenə Mit Romni adını yazıb.

Qeyd edək ki, ənənəyə uyğun olaraq Diksvil-Notç prezident seçkisi zamanı ABŞ-da açılan ilk seçki məntəqəsi olur. 1960-cı ildən bu yana bu kəndin əhalisinin gecə yarısı səs verməyə izn verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru