Avropa həyacan içində: qızılcaya yoluxma halları kəskin artıb
Bu gün, 09:59
“Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma hallarının sayı dörddə bir əsrdə ən yüksək həddə çatıb”
Peyvəndlərin aşağı olması səbəbindən Avropada qızılcaya yoluxma halları kəskin şəkildə artıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən məqalə dərc edib.
“Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma hallarının sayı dörddə bir əsrdə ən yüksək həddə çatıb - iki dəfədən çox artıb”, - nəşr yazıb.
Qeyd olunub ki, Avropa ölkələrində peyvəndləmə göstəriciləri pandemiyadan əvvəlki səviyyəyə çata bilməyib. Beləliklə, 2024-cü ildə peyvəndlərin kifayət qədər əhatə olunmaması fonunda qızılcaya yoluxanların sayı 148 mini ötüb.
ÜST bildirib ki, qızılcaya qarşı sürü immunitetinin formalaşdırılması üçün əhalinin peyvəndlə əhatə olunma səviyyəsi 95% olmalıdır. Eyni zamanda, 2024-cü ildə qızılca, məxmərək və hepatit B-yə qarşı tam peyvənd olunmuş uşaqların xüsusi çəkisi 2019-cu ildəki 92 faizlə müqayisədə 91 faiz təşkil edib.